Trying to get property of non-object [ On /var/www/virtual/jpop.com/public_html/generatrix/model/youtubeModel.php Line 63 ]
Flora Kərimova - JPop.com
Artist info
Flora Kərimova

Flora Kərimova

Flora Kərimova


Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu bitirmişdir. 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişdir. Read more on Last.fm
Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu bitirmişdir. 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişdir. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçün "Qaynana" k/f-də Dilbərin ariyası, "Sular qızı" romansı), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının, Sovet estradası janrlarının ustad sənətkarıdır. Azərbaycan Klassik Estrada janrının banisidir.

Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələmişdir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b.) mahnıları başlıca yer tutur. Şairlərdən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Məmməd Araz, Vahid Əziz, Fikrət Qoca, Nəriman Həsənzadə və digərlərinin ən sevimli müğənnisi olan Flora Kərimovanın, onlarla həm də ailəvi dostluğu olub. 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası) partiyasında çıxış etmişdir.

1968-ci ildə "Qanun naminə" b/f-də çəkilmişdir. Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir, yəni bütün notları əhatə edir (istər aşağı, istərsə zil və eləcə də orta yüksəklikdə olan). Read more on Last.fm. User-contributed text is available under the Creative Commons By-SA License; additional terms may apply..

Top Albums

show me more

showing 4 out of 14 albums
Shoutbox
No Comment for this Artist found
Leave a comment


Comments From Around The Web
No blog found
Flickr Images
No images
Related videos
No video found
Tweets
No blogs found